AZ

Onlara verilən müavinətin artırılması təklif edildi

Ombudsman valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılmasını və ya nəzərdə tutulmuş vəsaitin artırılmasını təklif edib.Metbuat.az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.O, həmçinin körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklifləri ilə çıxış edib.Səbinə Əliyeva, həmçinin uşaqların inkişafına dövlət dəstəyinin daha da artırılması, erkən yaşlardan uşaqların inkişafının təmin olunması, uşaqlara göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, uşaqlıq dövrünün düzgün formalaşmasına dəstəyin artırılması, uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə “Büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə olunmasını təklif edib.

“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda, qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac vardır”, - deyə ombudsman qeyd edib.

Seçilən
0
2
metbuat.az

3Mənbələr