AZ

Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri ARTIRILIR

Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Sadiq Qurbanov bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat (dövlət büdcəsində xüsusi çəkisi 0,77%) manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat (2,1 dəfə çox və dövlət büdcəsində xüsusi çəkisi 0,95%) təşkil edir”.

Seçilən
2
6
redaktor.az

7Mənbələr