AZ

Makron Avropanın göbəyində despot rejimi yaradıb

Image

Mətləb Salahov: “Çətin ki, Fransa tarixində Emmanuel Makron kimi bu dövlətin nüfuzunu yerlə yeksan edən ikinci bir dövlət başçısı tapılsın”


 Fransa, dövlət olaraq Emmanuel Makron rejiminin hazırkı siyasətinin acılarını hər gün daha dəhşətli şəkildə hiss edir. Əlbəttdə, Fransanın dövlətçilik tarixi müstəmləkə qan-qadaları ilə o qədər “zəngindir” ki, E.Makronsuz da utanılası faktlar qədərincədir. Amma hakimiyyətə gəldiyi gündən bəri daima uğursuz siyasəti ilə dünyanın hər yerindən hörmətsiz şəkildə qovulan, Fransanı qitədə hörmətsiz duruma gətirən Makron, müstəmləkə siyasətini alovlandırmaq, Fransanı utanc tarixi ilə yenidən üz-üzə qoymaqla xoşagəlməz imicini “neytrallaşdırmaq” istəyir.
 Budur, Fransa hakimiyyəti müstəmləkəçiliyə qarşı baş qaldıran insanlara qarşı daha bir zorakılığa imza atıb. Məsələ bjrasındadır ki, Martinikdə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito da həbs edilib. Əslində zaman-zaman Qarabağdakı keçmiş qanunsuz separatçı rejimi dəstəkləyən və bu gün də erməni separatçılarının revanşist niyyətinə dəstək verən Fransanın öz müstəmləkələrində baş qaldıran etiraz aksiyalarını zorakı üsullarla boğması adi hal alıb. Mühakimə edilməsi gözlənilən Rodriqe Petitonun həbsindən sonra adada iğtişaşlar baş verib. Fransa hökuməti onun həbsinə səbəb də tapa biliblər. Guya Rodriqe Petito Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman polis rəisi ilə mübahisə edib, buna görə də həbs edilib. Etiraz aksiyalarının genişlənməsindən qorxan fransalı nazir onu ev dustaqlığına buraxıb. Jurnalist-ekspert Mətləb Salahov “baki-xeber.com”a açıqlamasında Fransa hakimiyyət orqanlarının müstəmləkəçilik və sosial ədalətsizliyə qarşı ayağa qalxan insanlara bu tərzdə zorakı münasibət rəsmi Parisin olan-qalan nüfuzunu və təsir dairəsini də yerin dibinə soxur. “Çətin ki, Fransa tarixində Emmanuel Makron kimi bu dövlətin nüfuzunu yerlə yeksan edən ikinci bir dövlət başçısı tapılsın. Bu adam faktiki olaraq despot rejim yaratmaqıa Avropanın göbəyində irtica siyasəti yürüdür. Bu, hər kəsin qəbul etdiyi obyektiv reallıqdır.
 Hazırda Fransa prezidenti olan bu şəxsin siyasi personası barədə, onun ədalətsiz və ermənipərəst mövqeyindən qəzəblənən azərbaycanlı kimi deyil, daha çox bir jurnalist olaraq fikir bildirəcəm. Bu adam dövlət başçısı, siyasi xadim obrazından daha çox, yolunu azaraq təsadüfən Yelisey Sarayına soxulan dərvişi xatırladır. Nə şəxsi keyfiyyətləri, nə personası, nə siyasətçi ağırlığı E.Makronun Yelisey Sarayının sahibi olmasına imkan vermir. Neçə onilliklərdir peşəkar və usta siyasətçilər tərəfindən yönəldilən Fransa dövləti, bu gün tam fərqli görüntü içərisindədir. Şarl De Qollun, Jak Şirakın əzəməti ilə Makronun hazırkı əzik və diletant siyasi obrazını müqayisə etmək, ilk növbədə, elə vətənpərvər fransızlar üçün əsl xəcalət yaradır.

Fransanın növbəti koloniyası sayılan Martinikdə baş verənlər də digər müstəmləkə ölkələrindəkinə çox bənzəyir. Martinikdə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito da həbs edilib. Daima Qarabağda qanunsuz separatçı rejimi dəstəkləyən Fransanın öz müstəmləkələrində baş qaldıran etiraz aksiyalarını zorakı üsullarla boğması adi hal alıb. Mühakimə edilməsi gözlənilən Rodriqe Petitonun həbsindən sonra adada iğtişaşlar baş verib. Fransa hökuməti onun həbsinə səbəb də tapa biliblər. Guya Rodriqe Petito Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman polis rəisi ilə mübahisə edib, buna görə də həbs edilib. Etiraz aksiyalarının genişlənməsindən qorxan nazir onu ev dustaqlığına buraxıb. Amma təhlükə hələ də sovuşmayıb. Fransa hakimiyyət orqanlarının bu əməlinə diqqət edin: belə hadisələrdən sonra etiraza rəhbətlik edən liderlər ya oğurlanaraq Avropaya aparılır, bu da mümkün olmayanda qətlə yetirilirlər. Bu, gerçəkdən iyrənc əməldir.

Müstəmləkəçilik, yaxud kolonializm onu həyata keçirən ölkələrin tarixində silinməz ləkədir. Fransa bu rüsvayçılıq siyahısında ilk yerdə qərarlaşıb. Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə imperiyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-ərazi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır. Həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırılır, müstəmləkə ərazilərin istismarı davam etdirilir, oradakı milli azlıqların hüquqları tapdalanır.

Bəli, bütün bu sadaladıqlarımdan sonra gəlinən aydın qənaət budur: Fransanın özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, davam etdirməyə çalışır. Görünən odur ki, E.Makron bu yanlış siyasəti davam etdirməklə həm də Fransa üçün silinəsi mümkünsüz cinayət və ayıblar səhifəsi açır.”

Namiq Quliyev

 






Seçilən
38
baki-xeber.com

1Mənbələr