AZ

İran edam hökmünün ləğvi ilə bağlı BMT qətnaməsinin əleyhinə səs verib

İran İslam Respublikası edam hökmünün ləğvinə dair BMT qətnaməsinin əleyhinə səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, 131 ölkə sənədin lehinə, 36-sı əleyhinə səs verib. 21 ölkə isə səsvermədə iştirak etməyib.

İranla yanaşı, ABŞ, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, İraq, Yəmən, Suriya, Qətər və Şimali Koreya da qətnamənin əleyhinə səs verənlər arasında olub.

BBC-nin məlumatına əsasən, 2022-ci ildə İranda azı 553, 2023-cü ildə azı 834, 2024-cü ilin ilk altı ayında 226 nəfər edam olunub. Bildirilib ki, 2023-cü ildə dünyada edam olunanların 73 faizi İranın payına düşüb.

Seçilən
31
operativmm.az

1Mənbələr