AZ

Aİ ölkələri 65 min ukraynalı əsgərə təlim keçib

Aİ ölkələri Ukrayna Silahlı Qüvvələri üçün 65 mindən çox əsgər hazırlayıb. Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrelin sözlərinə görə, “bütün Avropa ölkələri Ukrayna əsgərlərinə təlim keçir”.

Məlumatı TASS verib. 

Bütün Aİ ölkələri bu gün Ukrayna üçün 65 mindən çox əsgər hazırlayıb. Bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell təşkilata üzv ölkələrin müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.

“Aİ artıq 65 mindən çox ukraynalı əsgərə təlim keçib. Əsgəri təlim keçmədən ön cəbhəyə göndərmək onu ölümə göndərmək deməkdir. Bütün Avropa ölkələri ukraynalı əsgərləri hazırlayır”.

Borrell daha əvvəl bildirmişdi ki, qışın sonuna qədər Avropa İttifaqı bu rəqəmi 75 minə çatdırmaq niyyətindədir. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
20
xalqqazeti.az

1Mənbələr