Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin noyabrın 1-i vəziyyətinə görə, 283,8 min nəfərə bərabər olub. Oktyabr ayının əvvəlində bu göstərici 283,2 min idi.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 308,1 min nəfər olub, onlardan 5 025,3 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, cari il okyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1768,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,3 min nəfər, qeyri-dövlət sektorunda isə 888,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1736,5 min nəfər çalışıb.