AZ

Banqladeşli təşkilat rəhbəri “Təmiz dünya”da

Banqladeşin OKUP qeyri-hökumət təşkilatının rəhbəri Şakirul İslam Şakil Azərbaycanda keçirilən COP29 sammitində iştirak edir. 

O, Bakıda olduğu müddətdə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin qonağı olub.

“Cebheinfo.az” xəbər verir ki, görüş çərçivəsində Banqladeş və Azərbaycan qeyri-hökumət təşkilatlarının gələcək əməkdaşlığı geniş müzakirə edilib.

Xatırladaq ki, hər iki təşkilat GAATW şəbəkəsinin ( qadın alveri ilə mübarizə üzrə qlobal şəbəkə)  üzvləridir. 

“Təmiz dünya”nın rəhbəri Mehriban Zeynalova qonaqla müzakirələrdə ölkəmizdə insan alveri ilə mübarizə təcrübəsini bölüşüb, ona sığınacaqla tanışlığa imkan yaradılıb. Bir sıra təcrübələr onun böyük marağına səbəb olub.

Seçilən
15
cebheinfo.az

1Mənbələr