AZ

Ağdam: Günəş şüaları ilə nurlanmış işıqlı ev

Ağdam Şəhərİ Günü ərəfəsində Ağdam adının tarixinə nəzər salacağıq. 

Ümumiyyətlə, "Ağdam" sözü nə deməkdir? 

“Cebheinfo.az” xəbər verir ki, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Belə ki, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında isə Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. 

Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Ona görə də şəhəri "Ağdam" adlandırıblar. 

"Ağdam" sözünün dəqiq mənası isə Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Bundan başqa, "Ağ insan" da bu şəhərin adının mənalarında biri kimi qarşımıza çıxır. 

Eyni zamanda, bəzi tarixçilər Ağdamın adının mənasının "xoş məkan" olduğunu da yazıblar. Həmçinin, "Ağdam"a əvvəllər "Aquen" də deyilirdi. Ona görə də bəzi tarixçilər hesab edirlər ki, "Aquen" sözü zamanla dəyişilərək "Ağdam" olub. Hətta Qarabağ tarixinin tanınmış araşdırma¬çılarından olan Rəşid Göyüşov da yazır ki, bütün tarixi ədəbiyyatda Aquenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. 

Günümüzdə isə Ağdama "Qarabağın incisi" deyilir. Ağdam adı bir ərazi kimi isə ilk dəfə ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları "Səyahtnəmə" kitabında çəkilib. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr