AZ

Nazir: İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin aradan qaldırılması çoxsahəli milli strategiyaların hazırlanmasını zəruri edir

İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin vaxtında və effektiv şəkildə aradan qaldırılması çoxsahəli milli strategiyaların işlənib hazırlanmasını zəruri edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq Yanaşması: İnsan İnkişafı üçün Sektorlararası Əməkdaşlığın Maksimallaşdırılması" mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, həmin strategiyalar əhalinin sağlamlığını qorumaq, səhiyyə sistemlərinin uyğunlaşmasını təmin etmək və ətraf mühitin dəyişməsi ilə bağlı riskləri minimuma endirmək məqsədi daşımalıdır:

"Davamlı səhiyyə müəssisələrinin inkişafı iqlim dəyişikliyinin təsirlərini azaldır. İqlimlə əlaqəli xəstəliklərin potensial yayılmasının qarşısını almaq üçün gücləndirilmiş nəzarət proqramları da vacibdir. Vahid Sağlamlıq yanaşmasının əhəmiyyəti qlobal sağlamlıq problemlərinin həllində bütün növlərin və ekosistemlərin sağlamlığına diqqət yetirməkdən ibarətdir".

Nazir qeyd edib ki, gözlənilməz ekoloji problemlər qarşısında hazırlıqlı olmaq vacib məsələdir:

"İqlim dəyişikliyi həyatımızın hər sahəsinə, o cümlədən sağlamlığa təsir göstərir. Düşünmürəm ki, vahid sağlamlıq yanaşması sağlamlıq problemlərinə, uzunmüddətli təhlükələrə davamlı, vahid yanaşmanın tətbiqini özündə əks etdirməlidir".

Seçilən
28
3
report.az

4Mənbələr