AZ

Dünya Bankı: Aqrar sektorda səmərəli tədbirlər 2050-ci ilə kimi emissiyaları 16 gigatondan çox azalda bilər

Dünya

2050-ci ilə qədər aqrar-ərzaq sistemindəki iqtisadi cəhətdən səmərəli tədbirlər hər il istixana qazları emissiyalarını 16 gigatonndan çox azaltmaqla sıfır emissiyaya çatmağı təmin edə bilər.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “Kənd təsərrüfatı sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsində Dünya Bankının Qlobal Kənd Təsərrüfatı və Qida Departamentinin İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə Qlobal Rəhbəri William Sutton deyib.

Onun sözlərinə görə, əhəmiyyətinə baxmayaraq, iqlim dəyişikliyinin təsirlərinin azaldılması sahəsində aqrar-ərzaq sektoruna maliyyələşdirmə çox aşağı səviyyədədir və əhəmiyyətli dərəcədə artırılmalıdır.

"Ümumi iqlim maliyyələşdirilməsinin yalnız dörd faizi və təsirlərin azaldılması tədbirləri üçün maliyyələşdirilmənin yalnız iki faizi aqrar-ərzaq sektoruna yönəldilir. Nəticədə, aqrar-ərzaq sektorunda təsirlərin azaldılması sahəsində NDC (milli səviyyədə müəyyən edilmiş töhfələr) üzrə əksər öhdəliklər yerinə yetirilmir. Təxminən 90 faizinə qədər daha böyük təsirlərin azaldılması üçün maliyyələşdirmə imkanları mövcuddur. Aqrar-ərzaq sektorunun emissiyalarını 2030-cu ilə qədər yarıya endirmək üçün illik investisiyalar 18 dəfə artırılaraq 260 milyard ABŞ dollarına çatdırılmalıdır", - deyə o əlavə edib.

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr