AZ

Cavanşir Quliyevlə müsahibə

Müasir Azərbaycanın ilk hərbi marşının müəllifi Cavanşir Quliyev Modern.az-a müsahibə verib. Müsahibənin bir hissəsini təqdim edirik.

- Polad Bülbüloğlu 4 il sonra qələbə marşı yazacağını bildirib. Buna reaksiyanız necədir, sizcə, Polad Bülbüloğlu dillər əzbəri olacaq qələbə marşı yaza bilərmi?


-  Yazacaq, əlbəttə ki. Bu adam bəstəkardır. Marş yazmaq bəstəkar üçün çətin iş deyil. Texniki imkanları da var, həmçinin Qara Qarayevin sinifində dərs alıb 5 il. Bəstəkarlıq peşəsini çox yaxşı bilir. Sadəcə onun insanlar arasında yayılması məsələsi var. Musiqi elədir ki, o bu gün sevilməyə də bilər, amma baxırsan üstündən 20 -30 il keçəndən sonra yenidən populyarlaşır. Məsələn elə Poladın 56 il əvvəl “Uşaqlığın son gecəsi” filmindəki “Gəl ey səhər” mahnısı. Mən o mahnını o vaxtdan çox bəyənmişdim, amma müəyyən vaxtdan sonra unuduldu. Üstündən illər keçəndən sonra Türkiyəyə qədər getdi o musiqi. Hər bəstənin bir ömrü, taleyi var. Tamaşaçının dinləmə mexanizmindən çox şey aslıdır, onu da qabaqcadan bilmək olmur. Ancaq Poladın yetəri qədər populyarlaşan bəstələri də olub. 

 

- Belə başa düşmək olur ki, sizin üçün iş həyatı, ailə həyatından daha önəmli olub. Sonradan peşman oldunuzmu buna görə, tək yaşamaq çətin deyil?


- Heç vaxt ailəmi işim üçün baryer görməmişəm Peşman olmağa gəldikdə, mən ayrılmamışdım ki sonradan da peşman olum. Tək yaşamağın müəyyən çətinlikləri var, xüsusilə kişi üçün bu daha çətindir. Amma insan istəsə, hər şeyin öhtəsindən gələ bilər. Mənim 74 yaşım var, onun sadəcə 27 ilini kimləsə yaşamışam. Əvvəl anam-atamla, sonra da həyat yoldaşım ilə. 50 ilə yaxındır ki, tək yaşayıram. Ona görə də alışmışam hər şeyə. Paltar da yuya, yemək də bişirə, ev də təmizləyə bilirəm. 
 

Müsahibə yaxın günlərdə yayımlanacaq.

Seçilən
113
50
modern.az

10Mənbələr