AZ

Azərbaycan Oman İnvestisiya Təşkilatı ilə tərəfdaşlıq imkanlarını müzakirə edib - FOTOLAR

COP29 çərçivəsində Azərbaycan və Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə sənaye, “yaşıl enerji”, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.

Seçilən
17
4
sia.az

5Mənbələr