AZ

İranlı general Tehranda Azərbaycan nümayəndəsinə nə deyib?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmməd Rza Aştiani Tehranda keçirilən İran-Azərbaycan Hərbi və Müdafiə Əməkdaşlıq Komissiyasının dördüncü iclasında iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr” yazıb.

Aştiani vurğulayıb ki, xalqlar arasında dərin əlaqələrin olması ölkələr arasında ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinə kömək edir.

“Ölkələr arasındadavamlı münasibətlərin və qarşılıqlı əlaqələr tendensiyası ölkələrin məqsəd və milli maraqları çərçivəsində əməkdaşlığın genişlənməsi üçün platforma rolunu oynayır”, -deyə o bildirib.

İran rəsmisi əlavə edib ki, Azərbaycan İranın müdafiə və xarici siyasətində mühüm yer tutur.

O qeyd edib ki, Cənubi Qafqaz İran üçün təhlükəsizlik məsələləri baxımından mühümdür.

Aştiani deyib: “Bu regionda baş verən hadisələr və proseslər, şübhəsiz ki, İranın təhlükəsizliyinə təsir göstərir”.

Seçilən
44
cebheinfo.az

1Mənbələr