AZ

COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı”

Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib.


"Medicina" xəbər verir ki.tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.


Konfransda “Vahid Sağlamlıq” konsepsiyasının ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşma olduğu bildirilib.



Seçilən
36
medicina.az

1Mənbələr