AZ

''Rusiyanın NATO-nun hava məkanını pozmasına görə narahatıq

NATO-nun Baş katibi Mark Rutte Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərin NATO-nun hava məkanını dəfələrlə pozmasına görə narahat olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Mark Rutte Belçikanın paytaxtı Brüsseldəki NATO mənzil-qərargahında Rumıniyanın baş naziri Marsel Ciolaku ilə görüşündən sonra açıqlama verib. O, Qara dənizin təhlükəsizliyinə böyük önəm verdiklərini vurğulayaraq, Rusiyanın pilotsuz uçuş aparatları və raketlərinin NATO hava məkanını pozmasının "təhlükəli və qəbuledilməz" olduğunu qeyd edib.

"NATO şərq cinahında hava hücumundan müdafiə sistemlərini gücləndirib və müttəfiqlərimiz artıq yüzlərlə beşinci nəsil döyüş təyyarəsi alırlar", – deyə Mark Rutte bildirib. O, həmçinin, Rusiyanın Ukraynada başlatdığı müharibənin NATO-nun güclü hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacı ortaya qoyduğunu ifadə edib.

"Havadan müdafiə öz əhəmiyyətini qoruyur. NATO Qara dənizdə təhlükəsizliyə çox ciddi yanaşır və biz hər bir müttəfiqi qorumağa və müdafiə etməyə hazırıq", – deyə NATO baş katibi əlavə edib.

Rumıniyanın baş naziri Marsel Ciolaku isə Rusiyanın artan hava məkanı pozuntuları və Qara dənizdəki hərbi mövcudluğu ilə bağlı narahatlığını dilə gətirib və Mark Rutteni NATO-nun Rumıniyadakı hərbi mövcudluğunu gücləndirməyə çağırıb.

Seçilən
9
1
sia.az

2Mənbələr