AZ

Bakı Avropa Liseyi direktoru cərimələnir

Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova barəsində cərimə protokolu tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb lisey direktorunun bəzi işçilərin əmək müqaviləsinə qanunsuz xitam verməsi göstərilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Veysova Zülfiyyə Altay qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib edib.

Zülfiyyə Veysova nazirliyin qərarından Səbail Rayon Məhkəməsinə şikayət verib. İşə Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Əhməd
Seçilən
13
2
qaynarinfo.az

3Mənbələr