AZ

COP29 platforması Xəzərin səviyyəsinin dəyişməsi probleminin həllinə daha çox işıq salır - Mateusz Benko

COP29-un müzakirə mövzularından biri də Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi ilə bağlıdır. Hesab edirəm ki, Bakıda keçirilən COP29 platforması Xəzər dənizinin səviyyəsinin dəyişməsi probleminin həllinə daha çox işıq salır.

"İki sahil" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramında Tehran konvensiyasının Katibliyinin nümayəndəsi Mateusz Benko jurnalistlərə müsahibəsində deyib. 

 "Ümid edirəm ki, Xəzəryanı ölkələr bu məsələdə sıx əməkdaşlıq edəcəklər.  Xəzər dənizinin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün daha nələrin edilə biləcəyini müzakirə etməliyik.  Xüsusən də Xəzəryanı ölkələr tərəfindən görüləsi çox işlər var. İnanıram ki, iqtisadiyyatın gələcək inkişafı ilə paralel olaraq ətraf mühitin mühafizəsi məsələsi də daha yüksək səviyyəyə çatdırılacaq", - deyə M.Benko bildirib.

O, COP29-un yüksək səviyyədə təşkilindən məmnunluğunu da ifadə edib.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr