AZ

Aralıq dənizi Parlament Assambleyasının prezidentinə Azərbaycanın yaşıl enerji layihələri barədə məlumat verilib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd olunaraq Bakıda COP29-un təşkili ölkəmizə hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib.

Söhbət zamanı, iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Sahibə Qafarova qonaqlara noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü haqqında da məlumat verib. Onun sözlərinə görə, tədbirdə müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı ilə bu qlobal problemə dair aktual məsələlər müzakirə edilib və parlamentlərimizin vahid mövqeyini əks etdirən yekun sənəd qəbul edilib. Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunu vurğulayaraq, bu Görüşü qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə parlament töhfəsi kimi qiymətləndirib.

Parlament Assambleyasının prezidenti Enaam Mayara Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verib.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bu təşkilat arasında mümkün əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Seçilən
8
1
ikisahil.az

7Mənbələr