AZ

Tanınmış mütəxəssis imkanlı Azərbaycan klubunun problemlərini "Sportinfo"ya açıqladı

Mövsümə "Makkabi" üzərində sürpriz qələbə ilə start verən "Sabah" həmin uğurun davamını gətirə bilmədi.

Masazır təmsilçisi öncə gözləntilərin əksinə olaraq İrlandiya "Sent Patriks"nə məğlub olaraq avrokuboklardan kənarda qaldı.

Hər şey bununla arxada qalsa nə vardı.

Krunoslav Renduliçin kollektivi daxili arenada da özünə bənzəmir.

Tələbələr hazırda 18 xalla Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Komanda son 6 görüşdə isə ümumiyyətlə qələbəyə həsrətdir.

Görəsən, heyəti geniş, büdcəsi böyük olan "tələblər"in duşduyu durum nə ilə bağlıdır? Xorvatiyalı mütəxəssis vəziyyəti düzəldə biləcəkmi?

Suallarımıza cavab olaraq futbol mütəxəssisi Aslan Kərimova bunları dedi:

"Sabah" yayda iddialı heyət formalaşdıra bilib. Daxildə nəsə baş verdiyini deyə bilmərəm. Əminəm ki, ciddi nəsə də baş verməyib. Məsələn, Qriqorçukun dönəmində "Neftçi"də futbolçuların narazılığı aydın sezilirdi. Mətbuatda yazılırdı. Qara Qarayevin göndərilməsi, Emin Mahmudovun kapitanlıqdan məhrum edilməsi və.s. Amma "Sabah"da oyuna təsir edəcək bu cür durum olduğuna inanmıram.

Düşünürəm ki, baş məşqçi və futbolçu arasında güvən var. Oyunları analiz edəsi olsaq, mənə elə gəlir ki, bir pleymekerə ehtiyacları var. Demək olar ki, bütün oyunları üstün şəraitdə keçirirlər. Sadəcə hücumun sivir ucu və pleymeker mövqeyi axsayır.

Cinahlarda bu qədər sürətli olan komanda üçün sivir ucda Safranko effektiv görsənmir. Bir çox epizodlarda onun partlayıcı sürəti olmadığına görə komanda qol imkanlarından məhrum olurdu.

Məncə, bu iki mövqeyə düzəliş olsa, hətta "Qarabağ"a qarşı iddialı çıxış edə bilərlər".

XANOĞLAN

Seçilən
24
1
sportinfo.az

2Mənbələr