AZ

Ailəsinin bütün üzvlərini öldürən şəxs dindirmə otağından QAÇMAQ İSTƏDİ – VİDEO

Amerikada məhbus dindirmə otağından qaçmaq üçün divarI təpiklə dağıdıb.

İnterpress.az xəbər verir ki, 24 yaşlı Adlai Mestre bir ay əvvəl Nyu-Meksikoda saxlanılıb. Polis Tijeras şəhərindəki evlərdən birində atışma barədə xəbərə cavab verib.

Polis gələndə qan içində bir kişi tapıblar. Adlai ailəsini öldürdüyünü və cəsədləri dərəyə aparmağa çalışdığını etiraf edib. O, itini də “acıqlı” olduğu üçün vurub.

Dindirmə zamanı Mestre İsa Məsihə dua edib. O, polisə yaxınlarının cəsədlərinin tapılıb-tapılmadığını da soruşub.

Nəticədə cinayətkar kamerada tək qalıb və ayağı ilə divarı yarıb qaçmaq qərarına gəlib.

O, qaçmaq üçün divarI təpiklə dağıdıb. Atasını, anasını, bacısını və itini öldürdüyünü etiraf edən caninin qaçışı uğursuz olub.

Qeyri-adekvat adam yenidən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr