AZ

"Goldman Sachs": Dollar yeni möhkəmlənmə dövrünə qədəm qoyur

Dollar yeni möhkəmlənmə dövrünə qədəm qoyur.

Valyuta.az xəbər verir ki, "Bloomberg" bu barədə "Goldman Sachs" strateqlərinin proqnozuna istinadən yazıb.

"Biz artıq dolların geniş dəyərdən düşməsini gözləmirik", deyə nəşr qeyd edib.

Son iki il ərzində "Goldman" 2022-ci ilin sonunda pik nöqtəyə qalxan dolların ucuzlaşacağını proqnozlaşdırırdı. İndi analitiklər ABŞ valyutasının möhkəmlənməsini gözləyirlər.

Dollar ABŞ-ın yeni prezidenti Donald Trampın yüksək rüsumlar tətbiq etmək planları ilə dəstəklənir. "Goldman Sachs" valyuta strateqləri yazırlar ki, artan tariflər, inkişaf edən iqtisadiyyat və artan ABŞ aktiv qiymətləri ilə birlikdə dollar üçün güclü birləşmədir.

Bankın analitikləri avronun növbəti 12 ay ərzində 1,03 dollara qədər zəifləyəcəyini gözləyirlər. Yapon valyutasının bir dollar üçün 159 yenə kimi ucuzlaşacağını proqnozlaşdırılır.

Paşa Məmmədli

Seçilən
29
1
valyuta.az

2Mənbələr