AZ

Canluici Buffon Tyaqo Mottanın “Yuventus”dakı işinə qiymət verdi

“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon Tyaqo Mottanın “byankoneri”nin baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikrini paylaşıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, İtaliya futbolunun əfsanəvi qapıçısının braziliyaəsilli italiyalı mütəxəssisin işi haqda qənaətini təqdim edir:

“Tyaqo Mottanın “byankoneri”nin düşərgəsində ilk mövsümü olduğunu nəzərə alsaq, o, çox yaxşı işləyir. Ən azından, bu mövsüm “Yuventus” çempionatı qazanmağa məcbur deyil, odur ki, onlarda hər şey çox yaxşıdır”, deyə “Cici” bildirib.

Canluici Buffon həmçinin İtaliya A Seriyasının cari mövsümündə yarış cədvəlinin üst sıralarında yer almış komandaların rəqabəti haqda da fikrini bildirib:

“Mövsümün cari başlanğıcını daha da xüsusi edən gözlənilməzliklərlə maraqlı bir çıxış görürük. Ümidvarıq ki, bu tarazlıq mümkün qədər uzun müddət qalacaq, çünki bu rəqabət həm də liqaya marağı artırır”, deyə Buffon vurğulayıb.

Xatırladaq ki, 12 turdan sonra İtaliya A Seriyasına 26 xalla “Napoli” başçılıq edir.

“İnter” 25 xalla 2-ci pillədə qərarlaşıb. Həmçinin 25 xal toplamış “Fiorentina”, “Atalanta” və “Latiso” müvafiq olaraq 3-cü, 4-cü və 5-ci pillələrdə yer alıblar.

24 xal toplamış “Yuventus” isə 6-cı sıradadır.

Seçilən
18
arena.az

1Mənbələr