AZ

Sabiq "Qarabağ"lı bölgə klubundan ayrılmaq qərarı verdi

"İmişli"nin müdafiəçisi Tərlan Quliyev karyerası ilə bağlı yeni qərar verib.

O, qışda bölgə klubundan ayrılacaq.

Təcrübəli futbolçunun klubla müqaviləsi mövsümün sonuna kimidir.

Lakin milli komandamızın sabiq üzvünün yaya kimi Aran təmsilçisində qalmaq fikri yoxdur.

32 yaşlı futbolçu mövsüm əvvəli "İmişli"yə transfer olunub.

"Neftçi"nin yetirməsi karyerası ərzində "Qarabağ", "Kəpəz", "Standart", "Turan Tovuz" və "İnter" (indiki "Şamaxı") klublarında çıxış edib.

O, Azərbaycan millisində keçirdiyi 7 matçda 2 qolla yadda qalıb.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr