AZ

İran səfiri nüvə sazişinə görə Rusiya ilə münasibətlərin dəyişəcəyini gözləmir

İranın nüvə sazişi üzrə danışıqların yeni raundu baş tutsa, Tehran və Moskva arasında münasibətlər dəyişməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

“Biz birlikdə işləyirik və heç bir xarici amil ölkələrimiz arasında əməkdaşlığın və münasibətlərin inkişafına təsir göstərməyəcək”, – RİA Novosti onun müvafiq suala cavabından sitat gətirir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran MAQATE ilə əməkdaşlığı davam etdirir və nüvə sazişi üzrə danışıqlara hazırdır.

Seçilən
22
nocomment.az

1Mənbələr