"İsrail dövləti Fələstinin HƏMAS təşkilatı tərəfindən əsirlikdə saxlanılan girovların xilas edilməsinə yardım edəcək şəxsə hər girov üçün 5 milyon dollar ödəyəcək".
Publika.az "Times of Israel" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
O, Qəzzada girovu İsrailə təhvil verəcək hər kəsə 5 milyon dollar vermək təklifini də təkrarlayıb:
“Seçim sizin öz əlinizdədir, amma nəticə eyni olacaq. Biz hamını evə gətirəcəyik”, - Netanyahunun Qəzza zolağına səfərinin işıqlandırıldığı məqalədə deyilir.