AZ

Şok plan ortaya ÇIXDI: daha 6 ölkə HƏDƏFDƏDİR - Siyahıda Türkiyə də VAR

Qlobal güclərin dəstəyi ilə 1917-ci il Belfur Bəyannaməsi ilə başlayan “Böyük İsrail” planı Fələstin ərazilərini aşaraq İraq, Suriya, İordaniya, Türkiyə, Livan və Misiri əhatə edən regional ölçüyə çevrilib.

Paytaxt.org xəbər verir ki, müxtəlif dövrlərdə baş verən savaşlarla paralel olaraq sərhədlərini genişləndirən İsrail Qərb ölkələrindən də maliyyə, maddi-texniki, silah və müdafiə dəstəyi alıb.

1980-ci illərin əvvəllərində Oded Yinon adlı bir yəhudi tərəfindən formalaşdırılan plan ümumilikdə İslam dünyasını, xüsusilə də İraq, Livan, Misir, İordaniya, Suriya və Türkiyəni sabitsizləşdirmək, münaqişə yaratmaq, parçalamaq, sonra isə nizama salmaq strategiyasına əsaslanır.

İsrailli ekspert Abdulla Manaz indi şahidi olduğumuz hadisələri “Yinon Planının həyata keçirilməsi mərhələsi” kimi xarakterizə edib.

Manaz bildirib ki, son məqsəd eramızdan əvvəl 1350-ci ildə yəhudilərin arzusu idi:

“Bu məqsəd vəd edilmiş torpaqlara əsaslanır. Ötən əsrdə plana dəfələrlə yenidən baxılıb. Onların suverenliyi naminə hədəf coğrafiyalarda qan tökülməli idi və belə də oldu. Yinonun planı ilk dəfə 1982-ci ildə Kivunim qəzetində Liviya, Tunis, Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, İran, Sudan, Körfəz ölkələrinin iştirak etdiyi “İsrail üçün Strategiya” başlıqlı plana əsasən dərc edilib. Bununla yanaşı, Türkiyənin etnik və məzhəb baxımından bölünmüş olduğu vurğulanıb”.

İddia edilir ki, Trampın ikinci prezidentlik müddəti və administrasiyanın formalaşması “Böyük İsrail” üçün kritik əhəmiyyət kəsb edir. Bir tərəfdən körfəzi tamamilə idarə edəcək, digər tərəfdən Livan, Suriya, İraq və Misir kimi ölkələr 1948-ci ildən sonra Fələstin torpaqlarında olduğu kimi yeni məskunlaşma bölgələrinə çevriləcək. Kiçik adalar kimi başlayacaq yaşayış məntəqələri daha sonra vahid əraziyə çevriləcək. Bununla belə, ən azı altı ölkədə mövcud sərhədlər dəyişəcək və İsrailin nəzarətində olan dövlətlərə çevriləcək. //Publika.az

Seçilən
17
1
paytaxt.org

2Mənbələr