AZ

Rusiyada kütləvi şəkildə mobil nüvə sığınacaqları istehsal olunur

...Bizim o bir məsələdə deyildiyi kimi,..bu gün ruslar dünyaya “xox” gəlib qorxutmağa çalışsalar da, amma deyəsən, özləri də qorxmağa başlayıblar..?

...Deməli, Rusiyada ilk dəfə olaraq müxtəlif təhlükələrdən, o cümlədən nüvə partlayışından müdafiəni təmin edən mobil sığınacaqların kütləvi istehsalına başlanılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb.

Strukturun tərtibatçısının press-relizinə əsasən, səyyar sığınacaqlar insanları müxtəlif təhlükələrdən, o cümlədən təbii fəlakətlərdən, nüvə partlayışından işıq şüalanmasından və ərazinin radioaktiv çirklənməsindən qorumaq üçün istifadə edilə bilər.

Rusların “Kommersant” nəşrinin yazdığına görə, institut tərəfindən Kub-M sığınacağının yaradılması hələ 2023-cü ilin sonundan planlaşdırılıbmış.

Mobil sığınacaq Nijni Novqorod vilayətində istehsal olunur. Standart konfiqurasiyaya iki modul daxildir: 54 nəfərlik otaq və texniki blok.

Sığınacaq başqa yerə daşına və mövcud kommunal sistemlərə qoşula bilər.

Qeyd olunur ki, “Kub-M”in istehsalı və quraşdırılması daimi sığınacaq tikintisi ilə müqayisədə iki dəfədən çox ucuz başa gəlir və onun istehsalı və quraşdırılması üç aydan çox vaxt tələb etmir.

Yeri gəlmişkən, Rusiyada Ukraynanın irimiqyaslı işğalı başlayandan istər yüksək rütbəli dövlət məmurları, istərsə də Kreml yönümlü şəxslər və publisistlər tez-tez nüvə zərbələri endirmək və ya münaqişəni nüvə müharibəsinə çevirmək imkanlarından danışırlar. Prezident Vladimir Putin birbaşa nüvə silahını təhdid etməyib, lakin o, Rusiyanın “ərazi bütövlüyü”nə təhlükə yarandığı təqdirdə onlardan istifadənin mümkünlüyünü dəfələrlə qeyd edib

Ukraynanın işğalı başlayandan az sonra Putin nüvə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr etdi. Rusiya keçən il Belarusda taktiki nüvə silahı yerləşdirib. O, həmçinin ABŞ-la Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandırıb və nüvə sınaqlarının hərtərəfli qadağan edilməsinə dair razılaşmanı pisləyib.

Əli Babayev

Seçilən
44
sia.az

1Mənbələr