AZ

Braziliyada prezidentə sui-qəsd iddiası ilə 5 nəfər saxlanılıb

Braziliya polisi prezident Luiz İnasio Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə 4 hərbçi və bir polis məmurunu həbs edib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Aleksandra De Moraes, xüsusi təyinatlılarda təlim görmüş 4 hərbçi və yüksək rütbəli bir polis məmurunun dövlət çevrilişi planlaşdırdığı iddiası ilə həbs edildiyini bildirib.

"Onlar seçilmiş hökumətin vəzifəyə başlamasının qarşısını almaq, demokratiyanın sərbəst şəkildə həyata keçirilməsinə mane olmaq və Braziliya məhkəmə sisteminin nüfuzunu sarsıtmaq istəyirdilər", - deyə De Moraes bildirib.

Saxlanılan şəxlərin prezident seçilmiş Lula da Silvanı, həmçinin vitse-prezident Geraldo Alkmini və Ali Məhkəmənin hakimi De Moraesi öldürməyi planlaşdırdığı qeyd olunur.

Hüquq mühafizə orqanları mənbələrindən verilən məlumata görə, G20 Liderlər Sammitinin təhlükəsizlik missiyasında iştirak edən şübhəlilər Rio-de-Janeyro şəhərində yaxalanıb.

Seçilən
17
3
apa.az

4Mənbələr