AZ

Böyük ictimai təhlükə törətməyən cinayət üzrə şikayətə dair qəbul edilən QƏRARLAR

Böyük ictimai təhlükə törətməyən cinayət üzrə şikayətə dair qəbul edilən qərarlara aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

– böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayəti dərhal qeydə almaq və ona baxmaq;

– bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq;

– bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasları olmaması qənaətinə gəldikdə, şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq qəbul edilmiş qərarın əsaslarını göstərməklə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxarmaq;

– şikayətin məhkəmə aidiyyəti və ya istintaq aidiyyəti üzrə göndərilməsi qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayətin izlərinin rəsmiləşdirilməsi (hadisə yerinin baxışı, bu zaman aşkar edilmiş əşyaların götürülməsi və müayinəsi) üzrə təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq və cinayətin törədilməsini görmüş şahidlərdən izahat almaq öz qərarı ilə şikayəti toplanmış bütün materiallarla birlikdə müvafiq olaraq məhkəməyə və ya istintaq orqanına göndərmək.

Seçilən
40
heftelik.az

1Mənbələr