AZ

Yaponiya Rusiya ilə ticarət həcmini artırır

Yaponiya Maliyyə Nazirliyi Rusiya Federasiyasına avtomobil ixracının və Rusiya LNG-nin idxalının artdığını bildirib...

Yaponiya 2024-cü ilin oktyabrında 2023-cü illə müqayisədə Rusiya Federasiyasına ixracı 52,8% artırıb və Rusiyadan idxalı 5% azaldıb.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu, Yaponiya Maliyyə Nazirliyinin ticarət statistikasının məlumatlarından görünür.

Məlumata əsasən Yaponiyadan Rusiyaya ixrac 31,47 milyard yen (204 milyon dollar), Rusiyadan idxal 76,28 milyard yen (495,35 milyon dollar) təşkil edib. Bu ay minik avtomobillərinin ixracı 2023-cü illə müqayisədə 45,8%, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və komponentlərin ixracı isə 27% artıb. Bundan əlavə, Rusiyaya Yaponiya audio və video avadanlıqlarının tədarükü 53,8%, kağız və kağız məmulatları 180%, plastik məmulatlar 228% artıb.

Yaponiya da Rusiyadan LNG idxalını 8,9% artırıb. Eyni zamanda, ölkə Rusiya kömürünün alışını 87,3% azaldıb və Rusiya neftini almayıb.

Qeyd edək ki, Yaponiyanın Rusiya və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmək planları barədə məlumatlar yayılıb.

Poliqon.info

Seçilən
37
21
poliqon.info

10Mənbələr