AZ

Məhkəmə "Çinar-AN” MTK-nın rəhbərinin həbsdə olan qardaşının cəzasını azaltdı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Nofəl Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti və ona əlavə təmin edilib. Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü dəyişdirilib. Hökmdən və ittihamdan zərərçəkmiş şəxslərdən birinə aid epizod xaric edilib. Nofəl Hacıyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. 

 

İttihama görə, Nofəl Hacıyev "Çinar-AN” Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri olan Tariyel Hacıyevin qardaşıdır. 

 

Belə ki, Tariyel Hacıyev və digər təsisçilər tərəfindən ona işlə bağlı şifahi razılıq verilib. 2016-cı ildə isə kooperativin sədri Tariyel Hacıyev tərəfindən verilmiş etibarnamə əsasında Cəmiyyətin Nizamnaməsinə əsasən, Kooperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək, kooperativin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarım müəyyən etmək, Təftiş Komissiyasının (Müfəttişin) apardığı yoxlamanın nəticələrinə baxmaq və müvafiq qərar qəbul etmək, qanunvericiliklə və kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şürasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, Ümumi Yığıncağın qərarına və ərizəsinə əsasən vaxtından əvvəl vəzifədən azad olunmaq və digər hüquqlara malik vəzifəli şəxs kimi xidməti vəzifələrini icra edib.

 

Sofəl Hacıyev MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili 2015-ci ildə müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı hazırlayıb. Sonra o, bir mənzili iki şəxsə qanunsuz olaraq sataraq pulu ələ keçirib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 20 Noyabr 2024, 08:47   
Seçilən
34
pravda.az

1Mənbələr