İspaniyanın "Barselona" futbol klubu öz rəsmi 137 milyon izləyicisi olan "Instagram" səhifəsində klubun prezidenti Joan Laportanın BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya səfəri ilə bağlı videoçarx paylaşıb.
Modern.az xəbər verir ki, kadrlarda Laportanın səfərinin ən yaddaqalan anları əks olunub.
Həmin görüntüləri təqdim edirik: