AZ

Azərbaycana qarşı qarayaxma kampaniyası Şuranın məkrli siyasətinin nümunəsidir- ÖZƏL

"Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası öz hesabatında təqdim etdiyi qərəzli məlumatlar bir daha Avropa Şurasının Azərbaycana qarşı ikili standartlara dayanan siyasətinin bariz nümunəsidir. Komissiyanın məşvərət komitəsi həqiqətə uyğun olmayan və öz mandatından kənar məsələlərə toxunmuş, eyni zamanda Azərbaycanı haqsız şəkildə günahlandıraraq erməni təəssübkeşliyi roluna iddia etmişdir". 



Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Reallıq ondan ibarətdir ki, birincisi, konvensiyanın beşinci mərhələsinin müddəti hesanatda təqdim olunan hadisələrin baş verdiyi müddətlə üst-üstə düşmür. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağın erməni sakinlərinə qucaq açmış, həmin sakinlərin inteqrasiyası üçün bütün tədbirləri görəcəyini demiş, onların hüquq və təhlükəsizliklərinin təminatçısı rolunda çıxış etmişdir. Həmin ermənilər könüllü  şəkildə Qarabağı tərk etdilər. Azərbaycanın isə burada heç bir rolu olmayıb. Bütün bunlar qeyd olunmayıb, Azərbaycana qarşı işğal siyasətinə, Azərbaycanlı bir milyondan artıq məcburi köçkünün öz dədə-baba yurdlarından qovulmasına toxunulmayıb. Ümumiyyətlə konvensiyanın məşvərət komitəsinin hesabatının mətni bir daha onu göstərir ki, bu qurum bəlli ermənipərəst qüvvələrin təsiri dairəsindədir. Azərbaycan bu konvensiyanı imzalayan ilk ölkələrdən biri olub. Halbuki bu konvensiyanı hələ də imzalamayan Fransa kimi ölkələr var. Eyni zamanda milli azlıqlara qarşı böyük təqiblərin, ayrı-seçkiliklərin baş verdiyi ölkələr var. Azərbaycan bütün xalqların uzun illər ərzində sülh şəraitində yaşadığı bir ölkədir. Xalqların maraqlarına, istəklərinə, hüquqlarına ölkəmizdə həmişə hörmətlə yanaşılıb. Multikulturalizm və dini, etnik tolerantlıq mərkəzlərindən olan Azərbaycana qarşı bu kimi qarayaxma kampaniyası bir daha Şuranın bəlli məqsədlərə xidmət edən məkrli siyasətinin nümunəsidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr