AZ

Fernandu Santuş: "Millinin baş məşqçisi olduğum üçün qürur duyuram"

Məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olduqları VI tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, erkən qollar buraxmalarının komandaya mənfi təsir etdiyini bildirib:

"Rəqibin təhlükəli hücumçularına qarşı ciddi hazırlaşmışdıq. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Hücumda iki sürətli futbolçuya şans vermişdik. Bu nəticədən dərs çıxarmalıyıq. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram".

"Cebheinfo.az"

Seçilən
16
3
cebheinfo.az

4Mənbələr