AZ

Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək - Anar Quliyev

Bakı. Trend:

Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf MühitGünü keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsininsədri Anar Quliyev “COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlimfəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi” zamanıçıxışında deyib.

"Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə evsahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə XüsusiNümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyaninəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnunolacağıq", - o bildirib.

Komitə Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi qeydedib.

"Bu qrupdakı həmkarlarımıza – Misir, Birləşmiş Ərəb Əmirlikləri,Braziliya və UN-Habitat-a, şəhərləşmə və iqlim irsi sahəsində mühümiştirakçılar olduqları üçün minnətdarıq. Bakı DavamlılıqKoalisiyasının yaradılması üçün imza atmaqla güclü bir mesajgöndəririk: şəhərlərimizin gələcəyi əməkdaşlıq, innovasiya və dərinbir öhdəliklə formalaşdırılacaq", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr