AZ

Bayden ictimaiyyətdə Donald Trampın adını çəkməkdən çəkinir – ÖZƏL

ABŞ-nin hazırkı prezidenti Co Bayden keçmiş prezident Donald Trampın adını ictimaiyyət qarşısında çəkməkdən məqsədli şəkildə yayınır. 

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Məqalədə qeyd olunur ki, Baydenin Trampı "görməzdən gəlmə" siyasəti artıq uzun müddətdir davam edir. Məsələn, ABŞ prezidenti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) zirvəsində digər ölkələrin liderləri ilə görüşlər zamanı Trampı heç bir dəfə də olsun xatırlatmayıb. Hətta bu mövzuda birbaşa suallardan qaçmaq üçün ənənəvi mətbuat konfransı belə keçirməyib.

Eyni vəziyyət digər ictimai çıxışlarda da müşahidə olunur. Xüsusilə, 5 noyabr seçkilərindən sonra Bayden ictimai çıxışlardan yayınmağa başlayıb. Tramp haqqında sorğular isə yalnız ümumi ifadələrlə cavablandırılır: "Yanvarda vəzifəmi tərk edəcəyim sirr deyil". Lakin xələfinin adını bir dəfə də olsun qeyd etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr