Rusiyanın Dövlət Duması 1 dekabr 2024-cü ildən etibarən Rusiya Silahlı Qüvvələri ilə bir il və ya daha uzun müddətə müqavilə imzalayan xüsusi hərbi əməliyyat iştirakçılarının 10 milyon rubl (100 min dollar) qədər olan kredit borclarının silinməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.
News24.az Tass-a istinadən xəbər verir ki, lkin olaraq münaqişə zamanı iştirakçıların cinayət icrası ilə bağlı xərclərdən azad edilməsini nəzərdə tutan qanun layihəsi ikinci oxunuş mərhələsində borcların tam silinməsini nəzərdə tutan qanun layihəsinə əlavə edilib.
Qubernatorlar və deputatlardan ibarət bir qrup tərəfindən iyul ayında təqdim olunan layihə 29 oktyabrda keçirilən ilk oxunuşda qəbul edilib. Yeni tənzimləmə ilə xüsusi hərbi əməliyyata qatılan əsgərlərin və onların həyat yoldaşlarının kredit borcları, məhkəmə qərarı və ya 1 dekabr 2024-cü ildən əvvəl başlanmış icra proseslərinin olması şərti ilə silinə bilər.
Həmçinin, hərbi xidmət müddətinə əlavə olunan 30 günlük borc təxirə salma müddəti 180 günə çıxarılacaq. Qanunun qəbul edilməsi halında, 1 dekabr 2024-cü ildə qüvvəyə minməsi planlaşdırılır.
Dövlət Duması eyni iclasda, kütləvi yerlərdə təhlükəsizlik təmin edən xüsusi təhlükəsizlik şirkətlərinin silah daşımasını məcburi edən qanun layihəsini də müzakirə edəcək. Layihədə həmçinin, xarici agent olaraq təsnif edilən şəxslərin xüsusi təhlükəsizlik şirkətlərinə kapital qoymalarını qadağan edən bir maddə yer alır.
Əlavə olaraq, dövlət vəzifəsi tutan şəxslərin və qəsdən cinayətə görə məhkum olunmuş vətəndaşların xüsusi təhlükəsizlik şirkəti sahibi olmalarının qarşısının alınması təklif edilir. Komitə üzvləri bu tənzimləmənin sektorda daha şəffaf və etibarlı bir quruluşun yaranmasına kömək edəcəyini düşünürlər.
Aynurə