Prezident İlham Əliyevin cari ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi və bu ilin noyabrında paytaxt Bakının COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq respublikanın bir çox yerlərində geniş yaşıllıq zolaqları salınır, ekoloji mühitin daha da dayanıqlı olması məqsədilə işlər görülür. Sumqayıt Bələdiyyəsi də görülən bu işlərə öz töhfəsini yaxından göstərir.
Bu barədə APA-ya bələdiyyədən verilən məlumatda deyilib.
Bildirilib ki, il ərzində şəhər ərazisində 300 mindən artıq ağac və gül kollarının əkilməsi nəzərdə tutulub ki, bu rəqəmin böyük qismi uğurla yerinə yetirilib:
“Sumqayıt Bələdiyyəsi tərəfindən bu məqsədlə şəhərin "Yaşma bağları" ərazisində abadlıq-quruculuq işləri görülüb. Belə ki, adıçəkilən ərazinin Bakı - Quba yolundan keçən hissəsində uzunluğu 8 km olan səs izolyasiyalı divar sədd çəkilərək abadlaşdırılıb. Bundan əlavə ərazidə minlərlə ağac və gül kolları əkilib, ərazi məişət tullantılarından təmizlənib”.