AZ

Dövlət Fondu bu şəxsə 500 mənzilə görə 78 milyon manat - ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması” tenderinin nəticələrini elan edib.

Dövlət Fondu 144 milyon manatlıq mənzillər alır - TENDER ELANI

FED.az xəbər verir ki, tenderin qalibi Xalid Xaliəddin oğlu Əsgərov olub.

Qalib şirkətə 77 800 000 manat ödəniləcək.

Qeyd edək ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Sumqayıt şəhəri üzrə həyata keçiriləcəkdir.

Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 500 ədəd olmaqla, 250 ədəd 1 otaqlı, 200 ədəd 2 otaqlı, 50 ədəd 3-4 otaqlı olmalıdır.

Yaşayış sahəsinin ümumi sahəsi 1 otaqlı 60-80 m2, 2 otaqlı 90-100 m2, 3-4 otaqlı 120-140 m2 olmalıdır.

Seçilən
14
1
fed.az

2Mənbələr