AZ

Bu ilin 9 ayında ölkədə 9,5 min iş yeri bağlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin 9 ayı ərzində ölkədə 69,6 min yeni iş yerləri açılıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 77,4 faizi Bakı şəhərinin, 2,3 faizi Naxçıvan Muxtar Respublikasının, 20,3 faizi digər regionların, o cümlədən 4,3 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,5 faizi Gəncə-Daşkəsən, 2,0 faizi Lənkəran-Astara, 1,9 faizi Şirvan-Salyan, 1,7 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,5 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 11,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2024-cü ilin doqquz ayı ərzində ölkədə 9,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 37,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 34,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
30
1
banco.az

6Mənbələr