Tramp gizli şəkildə Ukraynanı nüvə silahı ilə təmin edə bilər.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər. Bu barədə Britaniyanın “Express” qəzetinə müsahibəsində hərbi ekspert Nikolas Drummond bildirib .
Onun sözlərinə görə, Vaşinqton və Kiyev arasında sövdələşmə “çox gizli” baş tuta bilər və Ukrayna birdən-birə çox güclənəcək. "Zelenski deyə bilər ki, bizim nüvə silahımız var və əgər bizə hücum etsəniz, Moskvanı bombalayacağıq ”, - deyə Drummond bildirib. Onun sözlərinə görə, Donald Tramp bölgənin NATO -ya qoşulmamasına zəmanət müqabilində Ukrayna ilə bağlı belə bir addım ata bilər .
Bundan əvvəl Almaniyanın "Der Spiegel" jurnalı yazmışdı ki, Ukraynada Donald Trampın Ağ Evə qayıtması fonunda nüvə silahı yaratmaq barədə düşünənlər var, lakin ərazidə lazımı şərait olmadığı üçün belə bir perspektiv real görünmür. Öz növbəsində, noyabrın 13-də “Tayms” qəzeti də yazıb ki, guya Ukrayna nüvə stansiyalarından işlənmiş yanacaqdan atom bombası hazırlamaq imkanını nəzərdən keçirir.
Aytən Yaşar/ Turkustan.az