AZ

Bitcoin yeni rekord səviyyəsinə çatdı

Fins.az - Bitcoin çərşənbə axşamı ticarət zamanı yeni rekord həddə çataraq 93,751 dollar səviyyəsini gördü. Artımın əsas səbəbi Donald Trampın sosial şəbəkəsi olan Truth Social-ın kriptovalyuta ticarət şirkəti Bakkt-ı almaq üçün danışıqlar apardığına dair xəbərlər olub. Bu barədə Reuters məlumat yayıb.

Bu xəbərlər yeni administrasiya dövründə kriptovalyutalara daha müsbət münasibətin formalaşacağına dair ümidləri artırıb. Hazırda Bitcoin 92,350 dollar ətrafında ticarət olunur və 0,5%-ə yaxın artım müşahidə edilir.

Kriptovalyuta bazarında lider olan Bitcoin 2024-cü il ərzində dəyərini iki dəfədən çox artıraraq investorların diqqətini üzərində cəmləyib.

Eyni zamanda, Financial Times-ın məlumatına görə, Trump Media & Technology Group (Truth Social-ı idarə edən şirkət), Bakkt şirkətinin tam səhmlərini almaq üzrədir. Bakkt, NYSE-in sahibi tərəfindən dəstəklənən və kriptovalyuta ticarəti ilə məşğul olan önəmli bir platformadır.

IG bazar analitiki Toni Saykamor qeyd edib ki, Bitcoin-in rekord səviyyəyə yüksəlməsi həm Trampın Bakkt ilə bağlı mümkün sövdələşməsi, həm də Nasdaqda BlackRock-ın Bitcoin ETF-i üçün opsion ticarətinin başlanması ilə əlaqəlidir.

Kriptovalyuta sektorunda bu yeniliklər yeni investisiya imkanlarının və Bitcoin-in davamlı artım potensialının göstəricisi kimi qiymətləndirilir.

Seçilən
64
2
fins.az

10Mənbələr