AZ

Türkiyə MİT-indən əməliyyat: Terroristi yaxalandı

MİT terrorizmlə bağlı axtarışda olanlar siyahısında boz kateqoriyada olan və terror təşkilatı PKK ilə birlikdə fəaliyyət göstərdiyi üzə çıxan Maoist Kommunist Partiyasının (MKP) üzvü terrorçu Kadir Çeliki Yaxın Şərq ölkələrindən birində ələ keçirib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, MKP üzvü terrorçu Çelik MİT tərəfindən Türkiyəyə gətirilərək təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Çelikin 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturunda fəaliyyət göstərdiyi müəyyən edilib. Bu fəaliyyətlərdən birinin Okmeydanıdakı yol blokadası zamanı molotof hücumu olduğu müəyyən edilib.

Türkiyədə qeyri-qanuni fəaliyyətindən sonra terrorçu Kadir Çelik 2016-cı ildə Şimali İraqa köçüb. Çelik MKP ilə terror təşkilatı PKK arasında əməkdaşlıq çərçivəsində İraqın şimalındakı PKK düşərgələrində "sui-qəsd təlimi" alıb. 2018-ci ildə Suriya bölgəsinə köçən Çelik Suriyanın şimalında PKK ilə koordinasiyalı şəkildə silahlı fəaliyyətlər həyata keçirib.

Aytac,

Sitat.info

Seçilən
27
3
sitat.info

4Mənbələr