AZ

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın baş prokuror vəzifəsinə namizədi ilə bağlı hesabatı yaymağı nəzərdən keçirəcək

ABŞ Nümayəndələr Paltasının Etika Komitəsi çərşənbə günü bir araya gələrək, sabiq nümayəndə Met Qeytzlə bağlı təhqiqat hesabatını yayıb-yaymaqla bağlı qərar verəcək. Qeytz prezident seçilən Donald Tramp tərəfindən onun yeni administrasiyasında baş prokuror vəzifəsinə təyin olmadan öncə cinsi istismar və qanunsuz narkotikdən istifadədə ittiham olunub.

ABŞ-ın Demokratlar və Respublikaçılar daxil olmaqla, bir neçə senatoru, hesabatın yayılmasını istəyir ki, onlar konstitusiyada qeyd edildiyi kimi yeni prezidentin kabinetinə təyinatlarını təsdiq etmək rolunu icra edərkən Qeytiz keçmişini nəzərdən keçirə bilsinlər.

Tramp ötən çərşənbə günü səkkiz il boyunca Floridanı təmsil edən 42 yaşlı Respublikaçı konqresmen Qeytzi ölkənin baş prokuoru vəzifəsinə təyin edib. Bundan saatlar sonra Qeytz Konqresdən istefa edib, baxmayaraq ki, yenicə beşinci müddətə konqresmen seçilib. Onun istefası ilə Nümayəndələr Palatasının Etika Komitəsinin sonlanmağa yaxın olan araşdırması başa çatıb.

Ancaq panelin hansı nəticələr əldə etdiyinə dair məlumat verib-verməyəcəyi bəlli deyil.

Beş Demokrat və beş Respublikaçıdan ibarət komitə Qeytzin 17 yaşlı qızla cinsi əlaqəsinin olduğuna və qeyri-qanuni narkotik maddələrdən istifadə etdiyinə dair iddiaları araşdırırdı. Qeytzin yeni administrasiyada rəhbərlik etmək üçün təyin olunduğu Ədliyyə Departamenti məsələni araşdırıb amma ötən il rəsmi ittihamlar irəli sürməyi rədd edib.

Nümayəndələr Palatasında cüzi fərqlə çoxluğa rəhbərlik edən spiker Mayk Conson bildirib ki, etika komitəsinin hesabatı ictimaiyyətə açıqlanmamalıdır, çünki Qeytz artıq Konqres üzvü deyil. Ancaq bənzər hallar daha öncə baş verib.

Conson bazar günün CNN-ə bildirib ki, Qeytzin ən ali hüquq-müdafiə rəsmisi kimi nominasiyasını nəzərdən keçirən senatorlar “ciddi yoxlama və təsdiq prosesi keçirəcəklər,” amma onların Nümayəndələr Palatasının Etika Komitəsinin hesabatını görməyə ehtiyacları yoxdur. Bəzi senatorlar, hesabat onlara könüllü şəkildə təqdim edilmədiyi təqdirdə rəsmi şəkildə onu tələb etməyi təklif edib.

Respublikaçı senator Markveyn Mullin bazar günü NBC kanalının “Meet the Press” verilişində deyib ki, panel hesabatı Senatla paylaşmalıdır.

“Senatın ona çıxışı olmalıdır,” Mullin deyib. “İctimaiyyətə açıqlanıb-açıqlanmamalıdırmı? Məncə bu, danışıqların bir hissəsi olmalıdır.”

Qeytz Trampın kabinetinə təyin etdiyi, amma adətən yüksək vəzifəli dövlət işlərinə namizəd göstərilən şəxslərdə görülən təcrübəyə malik olmayan bir neçə nəfərdən biridir.

Həftə sonu Trampın nominasiya etdiyi bir başqa nəfərin, müdafiə naziri vəzifəsinə təyin edilən Fox News kanalının 44 yaşlı aparıcısı Pit Heqsetin vəkili onun əsassız iddia kimi gördüyü işin ictimaiyyətə açıqlanması təhlükəsinin qarşısını almaq məqsədilə bir neçə il əvvəl Heqseti 2017-ci ildə cinsi istismarda ittiham edən qadına açıqlanmayan miqdarda pul ödədiyini bildirib.

Tramp kabinetə təyin etdiyi namizədlərin yanında duraraq, onların nominasiyalarını geri çəkməkdən imtina edib. Amma Qeytz, Heqset və başqaları ətrafındakı mübahisələr onların Senat tərəfindən təsdiqlənməsini təhlükəyə ata bilər.

visiontv.az



Seçilən
16
visiontv.az

1Mənbələr