AZ

Putinin sülh şərtləri - Gizli DETALLARI AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh müzakirələrinə keçmiş ABŞ prezidenti Donald Trump ilə açıqdır, amma ciddi ərazi güzəştləri etməyi istəmir və Kiyevin neytral statusunu təmin etməyə qərarlıdır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Kremlin hazırkı cəbhə xətti boyunca müharibəni başa çatdırmağa hazır olduğu bildirilir.

Kreml Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin bölünməsini müzakirə etməyə, həmçinin Xarkov və Nikolayev bölgələrindən qoşunların qismən çıxarılmasına imkan verir.

Lakin Rusiya tərəfi Ukraynanın NATO-ya üzv olmamasını, hərbi qüvvələrinin sayının məhdudlaşdırılmasını və rus dilinin istifadə hüquqlarının qorunmasını tələb edir.

Mənbələrin sözlərinə görə, Putin atəşkəsi, şərq bölgələrindəki əsas ərazilərin üzərində nəzarətin təmin edilməsi, rusdilli əhalinin qorunması və Krım yarımadasına gedən quru dəhlizinin açılmasını “qələbə” kimi görür.

Lakin Krımın statusu rəsmi şəxslərin dediyinə görə, müzakirə predmeti deyil.

Agentliklə danışan mənbələr qeyd edir ki, ABŞ-ın Ukraynaya ATACMS raketlərinin verilməsi qərarı sülh razılaşmalarının perspektivlərini çətinləşdirir və Moskvaya olan tələbləri gücləndirir. Əgər razılaşma əldə olunmazsa, Rusiya hərbi əməliyyatları davam etdirməyə hazırdır.

Musavat.com

 

Seçilən
6
1
musavat.com

2Mənbələr