AZ

“Bəzi Qərb ölkələri mövqeylərini dəyişirlər” – CNN

Bəzi Qərb ölkələri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa görə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeylərini dəyişməyə başlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Mənbə həmin ölkələrin adlarını qeyd etməsə də, vurğulayıb ki, həmin dövlətlər rəsmi Vaşinqtonun xarici siyasət xəttinin dəyişməsindən dolayı bu addımı atıb.

Xatırladaq ki, noyabrın 15-də Almaniya Kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlik,
KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr