Niğdenin Çamardı rayonunda Aladağlar dağlarında itən Belarus əsilli iki bacı alpinistin tapılması üçün işlərə yenidən başlanılıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "Kızılkaya" zirvəsinə qalxdıqdan sonra xəbər alınmayan Valentino və Mariao İvankovanı tapmaq üçün səhər saatlarında səylər davam etdirilib.
Niğde Jandarma Axtarış-Xilasetmə (JAK) və AFAD "Kızılkaya" zirvəsi və Emli Vadisi bölgəsində işlərini davam etdirir.
Ankaradan havaya qalxan pilotlu kəşfiyyat təyyarəsi də bölgədə skan işləri aparır.
Qeyd edək ki, noyabrın 16-da Aladağların Sokullupınar yerindən "Kızılkaya" zirvəsinə çıxan belaruslu əkiz qardaşlar Valentino və Mariao İvankovadan heç bir xəbər alınmayıb və Belarus Konsulluğunun noyabrın 19-da Niğde Qubernatorluğuna məlumat verməsindən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb.