AZ

İranda məhbuslar 43 həftədir aclıq aksiyası keçirirlər

İranda məhbusların edama etiraz olaraq aclıq aksiyası davam edir.

Bu barədə "Azad İran" "Telegram" kanalı "İran Wire" portalına istinadla xəbər verib.

Bildirilib ki, ölkənin 30-a yaxın həbsxanasında genişmiqyaslı edamların yeni dalğası güclənib. Buna etiraz olaraq İranın 25 müxtəlif həbsxanasında "Çərşənbə axşamları edama yox!" kampaniyasının üzvü olan siyasi məhbuslar 43-cü həftədir ki, aclıq aksiyasını davam etdirirlər.

Bildirilib ki, həbsxanalar arasında Güney Azərbaycanda yerləşən Urmu, Xoy, Sulduz (Nəqədə), Ərdəbil, Salmas və Təbriz şəhərlərində olanlar da var.

Etirazçı məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Mənbə: oxu.az

Seçilən
3
2
oxu.az

3Mənbələr