AZ

Trampdan Paşinyana: Bu savaşda yanımızda olmalısan!

Məlum olduğu kimi, noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın yeni prezidenti Donald Trampla telefonla danışıb. Tribunainfo.az xəbər verir ki, həmin görüşlə bağlı rəsmi açıqlamada əməkdaşlıq məsələsinin müzakirə edildiyi qeyd olunurdu.
Lakin “Hraparak” qəzeti bu telefon danışıqlarının başqa detallarını da üzə çıxarıb. Qəzetin yazdığına görə, Tramp söhbət əsnasında Paşinyana xəbərdarlıq edib. “Tramp Paşinyana xəbərdarlıq edib ki, İranla bu qədər yaxın olması Ağ Evin marağında deyil və bu onun üçün məyyən problemlərə səbəb ola bilər. Hətta baş nazirdən İranla əlaqələrini kəsməsini də istəyib”.
Erməni nəşri onu da iddia edib ki, bu danışıqlar zamanı ABŞ-ın İranla kəskin danışacağı da qeyd edilib. “Tramp İranla münasibətlərin gərgin fazaya keçəcəyi təqdirdə, Ermənistanın imkanlarından yararlana biləcəklərini də dilə gətirib. Və bildirib ki, həmin vaxt İrəvanın Ağ Evin yanında olmasını istəyirlər”.
Erməni politoloqları isə bu məsələni belə şərh edirlər ki, ABŞ-ın yeni admnistrasiyası İrana qarşı çox sərt davranacaq. Onlar hətta İrana raket zərbələrinin endirləcəyini də istisna etmirlər. “Ermənistanın bu hadisələr fonunda hansı mövqe nümayiş etdirəcəyi, indiki hakimiyyətin gələcəyini müəyyənləşdirəcək. Paşinyan bu riskə gedəcəkmi? Bəlli deyil. Lakin indiyə qədər Vaşinqtonla olan münasibətlər fonunda onun Ağ Evin sözünedən çıxmayacağaını deməyə əsas verir”.
Erməni politoloqlar gələcək hadisələrdə ABŞ-ın Ermənistandan İrana qarşı plastdarm kimi istifadə edəcəklərindən də narahat olduqlarını dilə gətiriblər. “Görünən odur ki, ABŞ Ermənistandan İrana qarşı plastdarm kimi istifadə edəcək. Bunun bizə hansı zərbələr vuracağını isə deməyə gərək yoxdur”.

Seçilən
13
tribunainfo.az

1Mənbələr