UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycan millisi ilə keçirilən oyunda poker edən İsveç millisinin üzvü Viktor Qyökereş matçdan sonra fikirlərini bölüşüb.
News24.az qol.az-a istinadən xəbər verir ki, "Sportinq"in hücumçusu 6:0 hesablı qələbəni şərh edərkən bildirib ki, qol vurmaqdan həzz alır:
"Bu, olduqca sadədir. Qol vurmaq olduqca xoşdur. Təbii ki, bundan həzz alırsınız. Amma oyun çoxdur və eyni ruhda davam etməliyik. Hər şey çox yaxşı getsə də, artıq baş verənlərlə yaşamamağa çalışıram. Millətlər Liqasının bombardiri oldum? Bunu qazanmaq həmişə xoşdur".
Qeyd edək ki, Qyökereş matçın 26, 37, 59 və 70-ci dəqiqələrində qol vurub.